logo

Dünyanın Top-10 enerji səmərəli şəhərləri

Views: 52

energoeffekt

Amerikanın Oilprice.com portalı dünyanın 10 ən enerji səmərəli şəhərlərinin siyahısını tərtib edib.

Reytinqə İslandiyanın paytaxtı Reykyavik rəhbərlik edir. Şəhər öz ehtiyacları üçün bərpa olunan enerji mənbələrindən istifadə edir – Hidroelektrik və geotermal enerji mənbələri. Yanacaqdan tamamilə imtina 2050-ci ildə ediləcək.

İkinci yerdə Vankuver şəhəridir (Kanada). 2012-ci ildə Vankuver 2020-ci ilə kimi dünyanın ən ekoloji şəhərinə çevrilmək üçün fəaliyyət planı təqdim edib. Hidroenerji istehlak edilən enerjinin 90% təşkil edir, yerdə qalan 10% isə bərpa olunan enerji – külək, günəş və dalğa enerjisi hesabına təmin edilir.

Üçüncü yerə Kopenhagen (Danimarka) layiq görülüb. Bu şəhər təmiz texnologiyalara görə dünya lideridir. Şəhərdə üzən külək stansiyası və çoxlu sayda velosipedlər var.

Növbəti yer Oslo (Norveç) şəhərinindir. Bu şəhərdə istilik sisteminin 80% tullantılardan alınan biometan əsasında çaılışır. Növbəti 10 il ərzində şəhər bu göstəricini 100% çatdırmaq istəyir. Şəhər həmçinin 2030-cu ilə karbon emissiyalarının 50% azaldılmasını planlaşdırır.

Beşinci yeri London tutur.2007-ci ildən fəaliyyətdə olan plana əsasən elektrik enerjisinin 25%-ni yerli istehsala keçirmək və növbəti 20 ilə ərzində karbon emissiyalarının 60% azaldılması planlaşdırılır.

Enerji səmərəli şəhərlər arasına İsveçrənin Mölme şəhəri də daxil olub. 2008-ci ildən 2012-ci ilə kimi şəhər tükənən enerji istehlakını 25% azaltmağa müfəvəq olub.

Amerika şəhərləri arasında reytinqə Nyu-York, Portlend, San-FransiskoBoston daxil olub. San-Fransisko tullantıların 77% emal edir, ərazisinin 20% yaşıllıqlara ayırır və elektrik avtomobilləri sayına görə liderdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart