logo

Dragon Oil Azərbaycan vasitəsilə 5.9 milyon barel türkmən nefti nəql edib

Views: 38

Dragon-Oils

Dragon Oil şirkətindən verilən məlumata əsasən, 2014-cü ilin birinci yarısında neft ixracının həcmi bir il əvvəlki 5.7 milyon barelə qarşı 5.9 milyon barel (800 min ton) təşkil edib.

Xam neft ixracı tamamilə Bakıdakı Sənqaçal terminalı vasitəsilə həyata keçrilib.

Hesabat dövründə orta gündəlik neft hasilatı keçən ilin analoji dövrünün 73 600 min barelinə qarşı 73 440 min barel təşkil edib.

Məlumatda bildirilir ki, şirkətin ilin birinci yarısında türkmən layihələrinə xərci  bir il əvvəlki  $149 milyona qarşı  $295 milyon olub.

*Dragon Oil şirkəti ilə Türkmənistan höküməti arasında Hasilatın Pay Bölgüsü sazişi 1999-cu ildə imzalanıb. Sanqaçal terminalı vasitəsilə (daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə) neft nəqli müqaviləsi 31 dekabr 2014-cü ilə qədər qüvvədədir.

*Dragon Oil Dubay və London fond birjalarında qeydiyyatan keçib. Şirkətin əsas fəalliyət sahəsi  Xəzərin türkmən sektorunda yerləşən “Çeleken” sahəsidir. Müqavilə ərazisinin  ümumi sahəsi  950 kvadrat kilometr təşkil edir və Jeytun,Jiqalibek və Çelekenyanqummez yatağlarını özündə birləşdirir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart