“Cənub Axını” layihəsinin dəniz hissənin operatoru olan “South Stream Transport B. V.” məlumatında bildirilir ki, şirkət ilk xəttin çəkilişinə payızda başlmaq niyyətindədir.
Kəmərin çəkilişi Burqas limanında Castoro Sei borudüzən gəmisinin göyərtəsində boruların qaynaqlanması ilə başlayacaq. 2014-cü ilin mayında Burqas limanına boruların ilk hissəsi gətirilmişdi.
2014-cü ilin iyununda “South Stream Transport” Rusiyadan Rusiya sahəsində sahil təmaslarının qurulmasına icazə almışdı.
2011-ci ilin 16 sentyabrında “South Stream Transport” şirkətinin səhmdarları ilə layihənin dəniz hissənin çəkilməsi ilə bağlı saziş imzalanıb. Sənədə əsasən layihədə Qazpromun payı 50%, İtaliyanın ENİ şirkətinin payı 20%, Almaniyanın Wintershall və Fransanın EDF şirkətinin payı 15% dir.