4 iyul tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 112,96 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 2,74 dollar azdır.
Trend-in məlumatına görə, 30 iyun – 4 iyul həftəsində AZERI LT-nin qiyməti maksimum 113,92, minimum isə 112,15 dollar/barel təşkil edib.
30 iyun – 4 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 107,93 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 2,06 dollar azdır.
Ötən həftə URALS-ın qiyməti maksimum 108,68, minimum isə 107,15 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
30 iyun – 4 iyul həftəsində “Brent Dated” növünün orta qiyməti 109,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,93 dollar azdır.
Ötən həftə “Brent Dated”in maksimum qiyməti 111,02 dollar, minimum isə 109,4 dollar/barel təşkil edib.