Federal Gömrük Xidməti məlumat verir ki, 2014-cü ilin yanvar-mayında Rusiyanın neft ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4% azalaraq 68.504 milyard dollar təşkil edib.
Hesabat dövründə neftin fiziki ixrac həcmi bir il əvvəlki 97.576 milyon tona qarşı 0.5% azalaraq 92,844 milyon ton olub.
Neft ixracının əsas həcmi uzaq xaric ölkələrinin payına düşüb. İxracın dəyəri 64.447 milyard dollar təşkil edib. MDB ölkələrinə neft ixracı 9.5% azalaraq 4.058 milyard dollar olub.
2014-cü ilin yanvar-mayında Rusiyanın neft məhsulları ixracndan gəliri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 17.1% artaraq 48.565 milyard dollar təşkil edib.
2014-cü ilin 5 ayında “Qazprom” 29.4 milyard dollar dəyərində 86.2 milyard kub metr qaz ixrac edib. İxracın fiziki həcmi 7.7%,dəyəri isə 6.2% artıb. Uzaq xaricə “Qazprom” 59.6 milyard kub metr qaz,yaxın xaricə isə 26.6 milyard kub metr qaz ixrac edib.