logo

2014-cü ilin I yarısında “Şahdəniz” yatağından hasil olunan qazın ixracı 48% artıb

Views: 16

Shah_Deniz_Stage_22014-cü ilin I yarısında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Azərbaycan qazının ixracı 3,1 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 47,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Ümumilikdə cari ilin I yarısında Azərbaycanın magistral qaz kəmərləri ilə 11 mlrd. kubmetr qaz nəql olunub ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 9,8% çoxdur”, – deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, 2013-cü ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 4,7 mlrd. kubmetr Azərbaycan qazı ixrac edilib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart