logo

2013-cü ildə “SOCAR Petroleum SA” şirkətinin dövriyyəsi 130 mln. avronu üstələyib

Views: 50

rumeq1“SOCAR Petroleum SA” şirkətinin (SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Rumıniyadakı törəməsi) dövriyyəsi 2013-cü ildə 131,9 mln. avro təşkil edib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.

Məlumatda qeyd edilir ki, Rumıniyanın “Ziarul Financiar” qəzetində ötən il dövriyyəsi 100 mln. avrodan çox olan şirkətlər haqqında məqalə dərc edilib. Məqalədə bildirilir ki, 2013-cü ildə Rumıniyada 250 belə şirkət qeydə alınıb ki, onlardan biri də “SOCAR Petroleum SA” şirkətidir.

2008-2013-cü illərdə “SOCAR Petroleum SA” dövriyyəsini 7,7 dəfə artırıb. 2013-cü ilin yekunlarına əsasən şirkətdə 223 nəfər çalışıb.

Qəzetin yazdığına görə, şirkət hazırda Rumıniya iqtisadiyyatına 50 mln. avro sərmayə yatırmaqla ölkənin 11 regionunda SOCAR brendi ilə fəaliyyət göstərən 28 yanacaqdoldurma məntəqəsinə malikdir.

SOCAR “SOCAR Petroleum SA”nın yeganə səhmdarıdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart