logo

Neft Fondu investisiya portfeli vəsaitlərinin 51,7%-ni ABŞ dollarında yerləşdirilib

Views: 88

neft_fond

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin vəsaitləri əsasən ABŞ dollarnda yerləşdirilib. Bu barədə fondun məlumatında bildirilir.

2014-cü il iyulun 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $37 mlrd. 622,4 mln. təşkil edib, bunun $72,2 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib.

Bu dövrə olan vəziyyətə görə, ARDNF-in investisiya portfeli $37 mlrd. 550,2 mln.-a bərabərdir. Fondun investisiya portfelinin strukturunda $19 mlrd. 393,7 mln. və ya 51,7% ABŞ dolları, 35,4% avro, 5,3% funt sterlinq, 0,5% Avstraliya dolları, 1,2% türk lirəsi, 1,3% rus rublu, 1,2% Cənubi Koreya vonu, 3,4% qızılda yatırılıb.

2014-cü il iyulun 1-nə fondun investisiya portfelinin aktivlərinin 38,8%-i korporativ kağızlarda, 20,4%-i agentlik və beynəlxalq təşkilatların istiqrazlarında, 15,6%-i maliyyə istiqrazlarında, 11,9%-i qısamüddətli kommersiya kağızlarında, qalanları digər alətlərdə yerləşdirilib.

Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 55,18%-i Avropa ölkələrində, 19,56%-i Şimali Amerika ölkələrində, 12,33%-i Asiya-Sakit okean regionu ölkələrində, qalanı digər regionlarda yerləşdirilib.

Məlumata əsasən, fondun investisiya portfelinin 81,7%-i istiqrazlarda, 7,4%-i pul bazarının depozitləri və alətlərində, 3,8%-i səhmlərdə, 3,4%-i qızılda, 2,9%-i daşınmaz əmlakda, 0,8%-i investisiya layihələrində yerləşdirilib.

Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart