Türkmənistan

Türkmənistandan Çinə yeni qaz boru xətti çəkilib

Turkmenistan032913_0Çinin Milli Neftqaz şirkəti (CNPC) tərəfindən açıqlanan məlumatda bildirlir ki,”Mərkəzi Asiya – Çin” qaz kəmərinin yeni xətti (C) istismara verilib.

Xəbərdə bildirilir ki, C xətti A və B xəttlərinə paralel çəkilib və uzunluğu 1830 km təşkil edir. Xəttin layihə gücü 25 milyard kub metr təşkil edir və bu həcmin 10 milyard kub metri Türkmənistandan,10 milyard kub metri Özbəkistandan,5 milyard kub metri isə Qazaxıstandan nəql ediləcək. C xətti Türkmənistan – Özbəkistan sərhədində başlayır,Qazaxıstan ərazisindən keçərək Çinin Sincan Uyğur Muxtar Vilayətində bitir. Burada isə Çinin “Şərq-Qərb” magistral qaz boru kəmərinin 3-cü xətti ilə birləşir.

Xəttin inşası 2012-ci ilin sentyabrında başlanmışdı.

Məlumatda bildirilir ki, 2015-ci ilin sonunda C xətti ilə qaz nəqli ildə 25 milyard kub metrə,”Mərkəzi Asiya-Çin” magistral boru kəməri ilə qaz nəqli isə 55 milyard kub metrə çatacaq.

Çin Mərkəzi Asiyadan təbii qazı 2009-cu ilin dekabrın 15-dən alır. Çinin  Türkmənistan ilə  2020-ci ilə qədər qaz tədarükünün 65 milyard kub metrə çatdırılması barədə sazişi var. Bu məqsədlə dördüncü  D xətti inşa edilir ki, bu da hazırda Özbəkistan,Tacikistan və Qırğızıstan ərazisi ilə inşa edilir.