Türkmənistan hökümətindən verilən məlumata əsasən, Avropa Komissiyasının energetika üzrə direktor müavini Fabrisio Barbosa ilə Xəzərin enerji əməkdaşlığını və Xəzərin ekologiyasını müzakirə ediblər.
Məlumata görə, işgüzar şəraitdə keçirilən görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Xəzərdə ətraf mühitin mühafizəsi ilə bağlı məsələləri müzakirə ediblər.
Dördüncü böyük qaz ehtiyatlarına malik olan Türkmənistan, Avropa bazarına çıxış üçün imkanlarını araşdırır.Bu məqsədlə xammalın Türkiyəyə daha sonra isə Avropaya tədarük edilməsi üçün Trans – Xəzər kəməri təşviq edilir.
Aİ, Azərbaycan və Türkmənistan arasında Trans-Xəzər qaz kəməri üzrə danışıqlar 2011-ci ildə başlanıb. İlkin mərhələdə müstəqil beynəlxalq ekspertlər tərəfindən müstəqil ekoloji qiymətləndirmənin aparılması nəzərdə tutulur.
Rusiya və İran ekoloji məsələləri qaldırmaqla Trans-Xəzər qaz kəmərinin çəkilişinə qarşı çıxırlar.
“Cənub qaz dəhlizi” Trans-Xəzər layihəsi daxil olmaqla Brüssel üçün prioritet olaraq qalır.
Trans-Xəzər qaz kəməri Azərbaycan və Türkiyənin aktiv iştirakçıları olduqları AGRI və TANAP layihələrinin bir hissəsi ola bilər.