Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğanın namizıdliyi gələn həftə hakim partiya tərəfindən bu il keçiriləcək prezident seçkilərində dəstəklənəcək. Bu haqda “Reuter`s” agentliyinə aşıqlamasında Türkiyə baş nazirinin müavini Bülənt Arınç məlumat verib.
“Biz artıq çox gözəl bilirik ki, kim olacaq bizim namizədimiz. Hər hansı əngəllərə baxmayaraq iyulun 1-də çox güman ki, biz baş nazirin namizədliyinin irəli sürülməsini elan edəcəyik”, deyə Arınc bildirib.
Qeyd edək ki, qarşıdan gələn dövlət başçısı seçkiləri Türkiyədə ilk dəfə olaraq xalqın öhdəsinə verilib. Bundan öncə isə prezidenti parlament seçirdi. Belə bir yenilik isə Türkiyə Konstitusiyasına edilən dəyişikliklərdən sonra mümkün olub.
Türkiyədə prezident seçkiləri avqustun 10-na təyin edilib. Əgər ilk turda prezidenti təyin etmək mümkün olmazsa, onda ikinci tur avqustun 24-də keçirilməlidir.