logo

SOCAR yeni neft çənini 2015-ci ilədək istismara verməyi planlaşdırır

Views: 124

rezervuarSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) N.Nərimanov adına NQÇİ-nin 3 saylı neft yığım məntəqəsində yeni neft çənini 2014-cü ilin sonuna istismara verməyi planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.

“Obyekt 2014-cü ilin sonuna istismara veriləcək”, – deyə məlumatda qeyd olunur.

Çənin tikintisi üzrə işlər “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilir.

“Məqsəd dənizdəki neft quyularından çıxarılan neftin çənlərə yığılması və təyinatı üzrə paylanmasıdır”, – deyə məlumatda vurğulanır.

N.Nərimanov adına NQÇİ “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası”, “8 Mart”, “Ələt-dəniz” və “Bulla-dəniz” yataqlarını işləyir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart