SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2014-cü ilin yanvar-may aylarında dövlət büdcəsinə 822 mln. 658 min manat vergi ödəyib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 26% çoxdur. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Cari ilin may ayında SOCAR dövlət büdcəsinə 171 mln. 136 min manat vergi ödəyib.
2014-cü ilin yanvar-may ayları ərzində SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta üzrə ödənişlər 61 mln. 382 min manat təşkil edib.
Bununla yanaşı, may ayında DSMF-ə 11,164 mln. manat vəsait köçürülüb.
2013-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 574 mln. 437 min manat təşkil edib.
2014-cü ildə SOCAR üçün dövlət büdcəsinə vergi ödənişləri planı 1 mlrd. 825 mln. manat səviyyəsində müəyyən edilib.