ITAR-TASS agentliyinə RWE şirkətinin nümayəndəsi Martin Pak bildirib ki, şirkət Kiyev ilə əməkdaşlığın şərtlərini açıqlamaq niyyətində deyil.
“Biz qiymət siyasəti ilə bağlı informasiyaları şərh etmirik” – deyə o “Naftoqaz” rəhbəri Andrey Kobolevin Qərbin Ukraynaya qazı hər 1000 kub metr üçün $350 təklif etməsi barədə sözlərini şərh edərkən bildirib.
RWE şirkətinin revers tədarükləri Polşa ərazisi ilə həyata keçirilir. Müqaviləyə əsasən, tədarükün həcmi ildə 10 milyard kub metrə çata bilər. Alman tərəfi bildirib ki, Ukraynaya satılan mavi qazın qiyməti Avropa “topdan satış qiymətlərinə” əsaslanır.
Rusiya ekspertləri isə bildirilər ki,Ukraynaya revers tədarükün maksimal həcmi ildə 8 milyard kub metrə çata bilər.
RWE Almaniyada qaz satışları həcminə görə E.ON şirkətindən sonra ikinci ən böyük şirkətdir. Şirkətin mənzil-qərargahı Essen şəhərində yerləşir.