Manqıstau vilayətinin ixrac strukturunda neftin payı 99.3%-ə çatıb. Manqıstau vilayəti Gömrük nəzarəti departamentinin (GND) məlumatına görə,ilin əvvəlindən vilayətdən neft ixracı $3,5 milyard gəlir gətirib ki,bu da keçən ilin analoji dövrü ilə müqayisədə 14.5% çoxdur.
“Qara qızılın ixracatda payı 99.3% dən 98%-ə yüksəlib. Mangistau vilayəti məhsullarının əsas alıcıları İsveçrə, Avstriya və Rumıniyadır “– deyə GND-nin mətbuat katibi Maksat Akmuratov bildirib.
“Qazaxıstandan ən çox mal İsveçrəyə aparılır.Bu ölkəyə ixrac payı 35.7%-dir. Manqıstau mallarının alınması üzrə ikinci yerdə Avstriyadır. Bu ölkənin payına ixracın 33% düşür. Ruminiyaya Manqıstau vilayəti məhsullarının 13.3%,Niderlanda 8.0%,İtaliyaya isə 6.6% göndərilir” – deyə o yekunlaşdırıb.