Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 2001-ci ildən 2014-cü ilə qədər təqribən 100 milyard dollara qədər vəsait daxil olub. Neft Fondundan xərcləmələr 2003-cü ildən başlayıb. 2003-2013-cü illərdə Neft Fondundan 65 milyard dollara yaxın vəsait artıq xərclənib. Maraqlıdır ki, xərclənən vəsaitin ən böyük hissəsini dövlət büdcəsinə transfertlər tutur.
Caspian Barrel ARDNF-ın audit edilmiş hesabatına istinadən xəbər verir ki, 10 il ərzində Neft Fondundan dövlət büdcəsinə 46 milyard 435 milyon manat məbləğində vəsait transfert edilib. Bunun 11 milyard 350 milyon manatı 2013-ci ilin payına düşüb. Ötən ildə Neft Fondunun büdcə xərclərinin 92 faizini dövlət büdcəsinə transfert təşkil edib.