LUKoil Kamerun şelfində Hasilatın pay Bölgüsü sazişi əsasında həyata keçrilən Etinde layihəsində 37.5% payı Britaniyanın “Bowleven Plc” şirkətindən alıb. LUKoil-un xəbərində bildirilir ki, sövdələşmə səhmdarların və Kamerun hökümətinin təsdiqini aldıqdan sonra başa çatacaq.
Etinde sahəsi Qvineya körfəzində yerləşir və ümumi sahəsi 2.3 min kvadrat kilometr olan 3 lisenziya sahəsini əhatə edir. 16 qazılmış kəşfiyyat quyusundan 13-ü müsbət nəticə verib. Hal-hazırda aşkarlanmış ehtiyatların qiymətləndirilməsi aparılır. Gələn il daha iki quyu qazılacaq. Layihə üzrə yekun investitsiya qərarı 2015-ci ildə qəbul ediləcək.
LUKoil ilə bərabər Etinde layihəsində 12.5% payı Bowlevendən New Age şirkəti alır.Şirkətin artıq 25% payı var.
Bu əməliyyat nəticəsində Bowleven özündə 25% pay saxlayır və Etinde layihəsində operator hüququnu New Age şirkətinə verir.