Lukoil əvvəlki il ilə müqayisədə 2014-cü ildə neft hasilatının 5.7% artacağını,qaz hasilatını isə 3.5% azalacağını proqnozlaşdırır.Bu barədə səhmdarların illik iclasında şirkətin vitse-prezidenti Ravil Maqanov bildirib.
O dəqiqləşdirib ki,cari ildə neft hasilatı 96 milyon ton,qaz hasilatı isə 25 milyard kub metr olacaq ki,bu da ümumilikdə 121 milyon ton şərti yanacaq təşkil edəcək.
2013-cü ilin nəticələrinə görə,Lukoil 90.8 milyon ton neft və 25.9 milyard kub metr qaz hasilatı daxil olmaqla 116.7 milyon ton şərti yanacaq istehsal edib.