“KazMunayQaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Sauat Mınbayev və İtaliyanın Eni korporasiyasının icraçı direktoru Klaudio Deskatsi bu gün “İsatay” layihəsinin həyata keçirilməsi və “Gəmi tərsanəsi” layihələri ilə bağlı sazişlərə imza atıblar.
“İsatay” layihəsi üzrə hər iki şirkət birgə geoloşi kəşfiyyat işlərinin həyata keçirilməsi üzrə razılığa gəliblər. İşlər Qazaxıstanın Xəzər sektorunda həyata keçiriləcək. Onların fikrincə, aparılan kəşfiyyat işləri sonda kommersiya baxımından sərfəli yatağın işlənməsinə gətirib çıxaracaq.
Digər layihə isə Kurık yaşayış məntəqəsində (Aktaudan 30 km cənuba doğru) Xəzər dənizinin sahilində gəmitəmiri zavodunun tikintisini nəzərdə tutur. Bu sənədə görə, layihənin maliyyələşdrilməsi hər iki şirkət tərəfindən birgə həyata keçiriləcək. Sonradan gəmitəmiri zavodunun idarə edilməsi üçün isə birgə layihə şirkəti yaradılacaq