Qazaxıstanın “Tulpar Energy Services” (TESCO) şirkətinin əməkdaşları Aktauda bir neçə aylıq maaşlarının ödənilməsi tələbi ilə tətil keçiriblər. Onlarla adam ötən ilin dekabr ayından yığılmış və təxminən 5 milyon tenge təşkil edən borcun ödənilməsi tələbi ilə TESCO şirkətinin bazasında toplanıblar.
Bildirilir ki,artıq şirkətin 40 əməkdaşı əmək haqqı borcu üzündən işdən çıxıblar.
2013-cü ildə TESCO “WorleyParsons” şirkətinə binalar üçün polad konstruksiyalar,estekada boruları və qurğular tədarükü tenderini udmuşdu.
Konstruksiyalar Kaşağan neft-qaz yatağı üçün nəzərdə tutulub. WorleyParsons Agip KCO şirkətinin subpotratçısıdır. Avstraliya şirkəti görülən işlərin aktına görə 800 milyon tenge ödəməlidir,ancaq ödəniş həyata keçrilməyib.
“Bizim tərəfdən bütün müqavilə öhdəlikləri yerinə yetrilmişdir,lakin WorleyParsons pul ödənişini həyata keçirmir. Biz besabı təqdim etmişik, lakin onlardan ödəniş yoxdur “- TESCO şirkətinin direktoru Samat Serimbetov bildirib.
TESCO Manqısatu vilayətində ixtisaslaşmış iqtisadi məhkəməyə iddia ilə müraciət edib. Ancaq məhkəmə Worley Parsons şirkətinin etirazını qəbul edərək qərar çıxardıb ki,mübahisə ancaq Almatıda beynəlxalq arbitraj məhkəməsi tərəfindən həll edilə bilər.
“Məhkəmənin qərarını əsassız və qanunsuzur.Biz vilayətəmizin sahibkarlar palatasına müraciət etmişik ki, məhkəmə aktlarının qanuniliyini yoxlasın. Biz tələb edəcəyik ki,200 milyon tenqe ödənilməyən gəlir və 9 milyon itki odənilsin – deyə TESCO şirkətinin direktoru Samat Serimbetov bildirib.
Tesco direktoru sözlərinə görə, o şəxsi vəsaiti hesabına işçilərin əmək haqqı borcunu qaytarmağa çalışır və başqa instansiyada məhkəmənin qərarının dəyişəcəyinə ümid edir.