İran prezidentinin müaşaviri Akbar Torkan bildirib ki,hökümətin gündəliyində Jask limanında ölkənin ikinci neft terminalının yaradılması məsələsi durur.
Akbar Torkan qeyd edib ki, Jask limanının Qazaxıstanın Aktau limanı və Türkmənistanın qaz yatağları ilə boru kmərləri vasitəsilə birləşdirilməsindən sonra adıçəkilən liman Yaxın Şərqin böyük enerji qovşağına çevriləcək. Bundan başqa Omana qaz tədarükünü təmin etmək məqsədilə Jask limanına 7-ci transiran qaz kəmərinin çəkilməsi qaz ixracının artmasına səbəb olacaq.