Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki,Ankara və Tehran Türkiyəyə tədarük edilən qazın qiymətini müzakirə edirlər.
Onun sözlərinə görə,İran nümayəndə heyəti gələn həftə bu məsələni müzakirə etmək üçün Ankaraya gələcəklər.
O həmçinin bilidirib ki,İran Türkiyədən Beynəlxalq Arbitraj Məhkəməsinindən iddiasını geri çəkməyi tələb edib. Lakin bu tələb rəsmi Ankara üçün qəbuledilməzdir.
Nazirin sözlərinə görə,Həsən Ruhanin Türkiyəyə rəsmi səfəri zamanı İran nümayəndə heyəti Türkiyəyə qazın qiymətlərini azalda biləcək yeni müqavilə şərtləri təklif edib ki,ancaq bu şərtlər rəsmi Ankara üçün əlverişsizdir.
İran qazının Türkiyəyə tədarükü müqaviləsi 1996-cı ildə imzalanıb.
2013-cü ildə Türkiyənin BOTAŞ şirkəti müxtəlif mənbələrdən 38.42 milyard kub metr qaz idxal edib.
İrandan idxal edilən qazın qiyməti açıqlanmır ancaq Türkiyə KİV-nin məlumatına görə İran qazının qiyməti 490 ABŞ dollarıdır.
2012-ci ildə rəsmi Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə İran qazının qiyməti məsələsinə görə müraciət edib.
Əvvələr Taner Yıldız bildirmişdi ki, Beynəlxalq Arbitraj Məhkəməsində qazın qiyməti ilə bağlı məsələ 2014-cü ilin sonuna qədər çəkəcək.