Reuters agentliyi xəbər verir ki, mayda İran Hindistana neft tədarükünə görə 6-cı yerdə qərarlaşıb.
Hindistanın İrandan neft idxalı mayda aprelə nisbətən 13.5% artıb. Buna səbəb İndian Oil şirkətinin 3 aylıq fasildən sonra İran neftinin idxalını bərpa etməsidir. Eyni zamanda Thomson “Reuters Oil Analytics”-in tankerlərin gəlişi və hesablamaları onu göstərir ki, ölkə mayda 255.2 min barel iran xam nefti idxal edib ki,bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6% azdır.
İlin birinci yarısında İran neftinin Asiya alıcılarına ixracı 1,25-1,3 milyon barel təşkil edəcək. Çin İrandan daha çox xammal almaq niyyətindədir.
Noyabrda Jenevredə Qərb dövlətləri ilə İran arasında imzalanmış müqaviləyə uyğun olaraq İranın neft ixracı gündə 1 milyon bareldən artıq olmamalıdır. Lakin sənəddə kondensat barədə heçnə deyilmir ki,bu da Tehrana razılaşmanın şərtlərini pozmadan xammalı xaricə tədarük etməyə imkan verir.