2021-ci ilədək İran qaz bazarında iştirakını genişləndirməyi və ildə 80 milyard kub metrə qədər qaz ixrac etməyi planlaşdırır. 2019-cu ildə Cənubi Pars yatağının bütün fazalarının istismara verilməsi ilə İranda qaz hasilatı gündə 1 milyard kub metrə çatacaq.
Qeyd etmək lazımdır ki, hazırda İranın daimi qaz idxalçısı yalnız Türkiyədir. 1996-cı ildə imzalanmış müqaviləyə əsasən müqavilənin müddəti 25 ildir və İran hər il Türkiyəyə 10 milyard kub metrə qədər qaz ixrac edir. Bu yaxınlarda Tehran ilə Bağdad arasında qaz müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, İran İraqa gündə 25 milyon kub metr qaz ixrac edəcək. Gələcəkdə bu həcmin 40 milyon kub metrə çatdırılması planlaşdırılır.
Iran qazı həmçinin Omanada ixrac ediləck. Bu ölkə ilə qaz müqaviləsi İran prezidenti Həsən Rohaninin Maskata rəsmi səfəri zamanı imzalanmışdı. Sənədə əsasən İran 25 il ərzində ildə 10 milyard kub metr qaz ixrac edəcək.