“Jakarta Globe” qəzetinin verdiyi məluamat görə, Şiamli Sumatra əyalətində dəyəri 1.6 milyard dollar, gücü 330 meqavat olacaq dünyanın ən böyük geotermal elektrik stansiyası inşa ediləcək.
Qəzetin məlumatına əasən, stansiyanın inşası Asiya İnkişaf Bankı və Yapon bankı tərəfindən maliyyələşdiriləcək. Gözlənilir ki,müəssənin səhmlərinin ¼ hissəsi Itochu Corporation və Kyushu Electric Power Company şirkətlərinə, 37.5% İndoneziyanın Medco Power, 12,5% isə Ormat Technologies Inc şirkətinə məxsus olacaq.
İndoneziyada 500-600 civarında vulkan var ki, onların da 129 aktivdir. Bu ölkənin payına energetikada istifadə edilə biləcək yeraltı istiliyin (təxminən 29 qiqavat) 40% düşür.
Gözlənilir ki, layihənin birinci fazası 2016-cı ilə başa çatacaq. Sonrakı 2 mərhələ isə bundan bir il yarım sonra bitəcək.