logo

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi baxımından AB-nin əsas prioriteti olaraq qalır

Views: 51

malena_mard_030614“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi baxımından bizim əsas prioritetimiz olaraq qalır və Avropa İttifaqı bu layihənin icrasını və genişlənməsini dəstəkləməkdə davam edəcək”. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgi və konfransında çıxışı zamanı bildirib.

M.Mard deyib: “Cənub Qaz Dəhlizi” təkcə enerji təhlükəsizliyi baxımından deyil, həm də iş yerlərinin yaradılması və sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətli qarşılıqlı fayda gətirəcək. Avropa İttifaqı ikitərəfli əməkdaşlığımıza və bu layihənin icrasına xüsusi əhəmiyyət verir”.

Səfir bildirib ki, Azərbaycan Prezidenti və Avropa Komissiyasının prezidenti tərəfindən “Cənub Qaz Dəhlizi” üzrə birgə bəyanatın imzalamasından sonra böyük irəliləyiş əldə olunub ki, bu da Şahdəniz Konsorsiumu tərəfindən ötən ilin dekabrında yekun investisiya qərarının elan olunması ilə özünün kuliminasiya nöqtəsinə çatıb: “Biz hesab edirik ki, “Cənub Qaz Dəhlizi” Avropanın tələbatının ən azı 10 faizi, idealda isə 20 faizini ödəməlidir.

Azərbaycan “Cənub Qaz Dəhlizi”nə böyük töhfə verəcək. Bu konteksdə Avropa Komissiyası zamanla “Cənub Qaz Dəhlizi”nin genişlənməsinə sadiq qalır. Bizim enerji sahəsində əməkdaşlığımızın çox möhkəm əsasları var. Bizim enerji təhlükəsizliyi baxımından ümumi məqsədlərimiz məhsuldar əməkdaşlıq, qarşılıqlı və uzunmüddətli fayda üçün əlverişli şərait yaradır. Avropa Komissiyası və ümumiyyətlə bütün Avropa adından demək istərdim ki, biz Azərbaycan ilə əməkdaşlığımızı genişləndirmək istəyirik”.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart