BP şirkətinin illik hesbatında bildirilir ki, Türkmənistan 17.5 trilyon kub metr qaz ehtiyatı ilə dünyada 4-cü yeri tutur. Respublika yanlız İran (33.8 trilyon kub metr), Rusiya (31.3 trilyon kub metr) və Qətərdən (24.7 trilyon kub metr) geri qalır.
Bununla belə, ölkə qaz hasilatına görə əhəmiyyətli surətdə geri qalır. Birinci yerdə ABŞ 678.6 milyard kub metr qaz hasilatı ilə qərarlaşıb. Rusiya 604 milyard kub metr qaz hasilatı ilə 2-ci yerdə, böyük bir fərq ilə İran 166.6 milyard kub metr qaz ilə 3-cü yeri tutur. Türkmənistan 62.3 milyard kub metr qaz hasilatı ilə yanlız 13-cü yerdədir.
Çin sərmayələri və texnologiyaları hesabına Türkmənistan qaz hasilatını 2020-ci ilə artırmağı və yanlız Çinə 65 milyard kub metr qaz ixracını planlaşdırır.