logo

BP: Ən yeni texnologiyaların tətbiqi Azərbaycanda karbohidrogenlərin hasilatını dəstəkləyir

Views: 131

seysmikaAzərbaycan neft və qaz hasilatı sahəsində uzun və şərəfli tarixə malikdir və bu yaxınlarda ölkədə karbohidrogenlərin istehsalı xeyli artıb. Bunu “BP Azerbaijan” şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Qreqori Rayli cümə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, neft və qazın sənaye hasilatının keyfiyyət artımı böyük investisiyalar, eləcə də mövcud yataqların bərpasını və köhnələrin kəşfiyyatını tələb edir: “Ölkədə ən yeni texnologiyaların tətbiqi karbohidrogenlərin sənaye istehsalının artan həcmlərini dəstəkləməyə imkan verir”.

“BP Azerbaijan” şirkətinin vitse-prezidenti deyib ki, dünya ölkələrinin iqtisadiyyatlarında qazın rolu gələcəkdə də artacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” blokundakı hasilat haqqında danışan Rayli qeyd edib ki, göstərilən blokda “hasilat üçün böyük potensial mövcuddur”.

“Şəfəq-Asiman” bloku üzrə müqavilə 30 il müddətinə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Müddətin sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə 2 quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq edəcəklər. Sazişdə iştirak payının bölüşdürülməsi 50-nin 50-yə nisbətindədir. Dəniz blokunun ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

“Şəfəq” və “Asiman” strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda SOCAR və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart