SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu gün Rusiyaya qaz ixracını bərpa edib. Bu barədə çərşənbə günü jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Abdullayev bildirib ki, Rusiyaya qazın verilişi bərpa edilib və qaz artıq ixrac edilir.
Onun sözlərinə görə, Rusiyaya qazın sutkalıq ixracı 2-2,5 milyon kubmetr təşkil edir. Şimal istiqamətindəki qaz kəmərində təmir və bərpa işləri başa çatıb.
Xatırladaq ki, Rusiyaya qaz nəqli 2014-cü ilin yanvarın 13-dən dayandırılmışdı. O zaman sutkalıq qaz ixracı 3 milyon idi.