logo

Azərbaycan neftinin qiymətləri: 2-6 iyun

Views: 43

priceÖtən həftə 2-6 iyun tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 111,33 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,75 dollar azdır.

Trend-in məlumatına görə, 2-6 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 111,72, minimum isə 110,89 dollar/barel təşkil edib.

2-6 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 105,22 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,72 dollar azdır.

2-6 iyun həftəsində URALS-ın qiyməti maksimum 105,83, minimum isə 104,87 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

2-6 iyun həftəsində “Brent Dated” növünün orta qiyməti 108,84 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,06 dollar azdır.

Ötən həftə “Brent Dated”in maksimum qiyməti 109,19 dollar, minimum isə 108,34 dollar/barel təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart