logo

Azərbaycan neftinin qiymətləri: 16-20 iyun

Views: 41

Petroleum, arrow up16-20 iyun tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 116,3 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 3,3 dollar çoxdur.

Trend-in məlumatına görə, 16-20 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 117,61, minimum isə 114,87 dollar/barel təşkil edib.

16-20 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 111,25 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 3,82 dollar çoxdur.

Ötən həftə URALS-ın qiyməti maksimum 112,39, minimum isə 110,36 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

16-20 iyun həftəsində “Brent Dated” növünün orta qiyməti 114,26 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 3,44 dollar çoxdur.

Ötən həftə “Brent Dated”in maksimum qiyməti 115,32 dollar, minimum isə 113,25 dollar/barel təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart