logo

Azərbaycan ilin əvvəlindən öz neftini orta hesabla $110,58 ixrac edib

Views: 26

yeeeeeDövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2014-cü ilin yanvar-mayında Azərbaycan 14 milyon 316.554 min ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.4% azdır.

Göstəricilərin məlumatıan əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 11 milyon 831,637 min ton neft (həmçinin 933,519 min ton qaz kondensatı), Bakı-Supsa kəməri ilə 1 milyon 703.568 min ton, Bakı-Novorossik kəməri ilə 424,085 min ton, dəmir yolları ilə Gürcüstan limanlarına isə 357,263 min ton neft ixrac edilib.

Hesabat dövründə bəyan edilmiş ixrac neftinin həcmi 10 mln 34.118 ton və ya dəyər ilə ifadə etdikdə 8 milyard 210 milyon 701,69 min ABŞ dolları təşkil edib. Beləliklə ilin ilk 5 ayında Azərbaycan neftini hər barel üçün $110,58 ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə,2014-cü ilin yanvar-mayında Azərbaycanda  neft məhsullarının ixracatı 574.304 ton və ya dəyər ilə ifadə edildikdə 415 milyon 7.12 min dollar olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart