logo

Azərbaycan ilə Avropa İttifaqı arasında sənəd imzalanıb

Views: 63

50232_srcİyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanmışdır.

Sənədi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa İttifaqı Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkəninin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov imzaladılar.

“Biz planlarımız və görülmüş işlər barədə çox yaxşı müzakirələr apardıq. Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə irəli getməyə müvəffəq olduq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

İ. Əliyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr bir çox sahəni – siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir: “Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik – Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək, daha çox sahələri əhatə edəcək və inkişaf edəcək”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart