logo

2030-cu ilədək Qazaxıstan əhalisinin 56% təbii qazla təmin ediləcək

Views: 29

КазТрансГаз6

Qazaxıstanın neft və qaz naziri Uzakbay Karabalin bildirib ki, Qazaxıstan höküməti ölkənin qazlaşdırma baş  sxemini qəbul edib. Layihəyə əsasən, 2030-cu ilə qədər ölkə əhalisinin 56% təbii qazla təchiz ediləcək.

“Beləliklə 13 vilayət qazlaşdırılacaq ki, bu da qazlaşdırmanın səviyyəsini indiki 32% dən 56%-ə qaldıracaq”, – deyə Karabalin bildirib.

Neft və qaz nazirliyinin heablamalrına görə, ”lazımı sərmayələr 650 milyard tenge” təşkil edəcək. Sərmayələrin mənbəyi dövlət və yerli büdcələr, həmçinin dövlət-özəl sektorun əməkdaşlığı olacaq.

Karabalin həmçinin qeyd edib ki, qazlaşdırma nəticəsində qaz istehlakı 11 milyard kub metrdən 18 milyard kub metrə qədər artacaq.

Onun sözlərinə görə, qazlaşdırılmış yaşayış məntəqlərinin sayı 988 dən 1621-ə qədər artacaq.”Bu, təxminən 12 milyon insanın təbii qazla təmin olunması deməkdir“,– deyə nazir izah edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart