2013-cü ilin yekunlarına əsasən, “KazMunayGaz” şirkətinin xalis mənfəəti 18% artaraq 488,6 milyard tenqe təşkil edib.
Hesabat dövründə şirkətin gəliri 3,253 trilyon tenqe, ümumi mənfəət isə 898,6 milyard tenqe olub.
KMG-ın aktivləri keçən il 10.6% artaraq 7,558 trilyon tenqe,şəxsi kapitalı 12.3% artraraq 4,036 trilyon tenqe təşkil edib.
“KazMunayGaz” – karbohidrogenlərin kəşfiyyatı, hasilatı, emalı və nəqli sahəsində Qazaxıstan milli operator şirkətidir. Şirkətin səhmlərinin 100% “Samruk-Kazına” Milli Rifah Fonduna məxsusdur.