2014-cü ilin yanvar-aprelində Rusiyada qaz kondensatı daxil olmaqla neft hasilatı 173 milyon ton təşkil edib ki,bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.
Qaz hasilatı isə 3.5% azalaraq 209 milyard kub metr təşkil edib.
Benzin istehsalı 0.8% azalaraq 12.6 milyon ton,mazut istehsalı isə 6.4% artaraq 26.7 milyon ton olub. Dizel yanacağı istehsalı 10.5% artaraq 25.4 milyon ton olub.