Qazaxıstan statistika agentliyinin verdiyi məlumata görə, 2014-cü ilin yanvar-aprelində 946.5 min ton motor yanacağı (aviasiya benzini daxil olmaqla) istehsal edilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 13.1% çoxdur.
Bundan əlavə statistika agentliyinin verdiyi məlumata görə, hesabat dövründə 1.514 milyon ton dizel yanacağı, 1.173 milyon ton mazut istehsal edilib.
Qazaxıstanda hazırda 3 neft emalı zavodu fəaliyyət göstərir: Şımkənd, Pavlodar və Atırau.