Türkmənistan prezidenti TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinin həyata keçriləciyindən əmindir.
Türkmənistan prezidentinin sözlərinə görə,bu tarixi layihənin həyata keçrilmsi Asiya regioununda iqtisadi əməkdaşlığın genişlənməsinə və sülhün mühkəmlənməsinə xidmət edəcək.
Rəsmi Aşqabad bildiririr ki,TAPİ qaz kəmərinin inşasına 2015-ci ildə başlamaq niyyətindədir.
Asiya İnkişaf Bankı TAPİ layihəsində məsləhətçi kimi çıxış edir və onun əsas vəzifəsi layihə şirkəti olan TAPİ ltd formalaşmasıdır.
TAPİ kəmərinin layihə gücü 33 milyard kub metrdir.
2012-ci ilin mayında Hindistanın GAİL ltd, Pakistanın State Gas Systems of Pakistan şirkətləri ilə, Əfqanıstanın qaz korporasiyası ilə isə 2013-cü ilin iyul ayında alqı-satqı sazişləri imzalanıb.
Qaz kəmərinin ümumi uzunluğu 1735 km olacaq və layihənin xammal bazası Türkmənistanın “Qalkınış” qaz yatağı olacaq.