logo

Türkiyə TANAP layihəsində payını artırır

Views: 34

tan-apAzərbaycanın energetika naziri Natiq Əliyev və onun türkiyəli həmkarı Taner Yıldız mayın 30-da İstanbulda Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində Türkiyənin payının 30 faizədək artırılmasına dair müqavilə imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə dünya KİV-i cümə günü xəbər yayıblar.

Hazırda Türkiyənin TANAP layihəsində payı 20 faiz təşkil edir.

Bir müddət əvvəl SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat vermişdi ki, TANAP layihəsində 80 faizlik iştirak payından ən azı 51 faizini özündə saxlamaq niyyətindədir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin operatoru olan Britaniyanın BP şirkəti layihədə 12 faiz pay almaq niyyətindədir (sövfdələşmə 2014-cü ildə başa çatmalıdır).

TANAP layihəsi “Şahdəniz” yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədinədək nəqlini nəzərdə tutur.

TANAP layihəsinini səhmdarları 2014-cü ilin ikinci rübündə qaz kəmərinin təməlini qoymalı, 2018-ci ildə isə onu istismara verməlidirlər.

TANAP-ın son qiymətləndirilməyə görə tikintisi 11,7 milyard dollara başa gəlməlidir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart