Türkiyənin TPAO və Fransanın “Total” şirkətləri bu gün İstanbulda Azərbaycanın “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi layihəsində fransız şirkətinin 10 faizlik iştirak payının alqı-satqısı haqqında müqavilə imzalayıblar.
Müqaviləni TPAO-nun və “Total Azerbaijan”ın rəhbərləri Besim Şişman və Kristian Qudicelli imzalayıblar.
Müqaviləyə əsasən, Türkiyənin TPAO şirkətinin layihədəki iştirak payı 9faizdən 19 faizədək artırılacaq.