SOCAR 2014-cü ilin aprel ayında Novorossiysk limanından 84 min 482 ton, Supsa limanından 242 min 35 ton, Ceyhan limanından 2 milyon 86 min 186 ton xam neft ixrac etmişdir.
Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 338 min 812 ton, Supsa limanından 1 milyon 49 min 219 ton, Ceyhan limanından isə 6 milyon 781 min 159 ton xam neft ixrac edilmişdir.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-a məxsus xam neft həcmlərini əks etdirir.