Dövlət Neft Şirkətinin mətbuat xidmətinin yaydığı məlumata görə, SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “8 Mart” və “Sanqaçal-Duvanı-Xəryə-Zirə” yatağlarında ekoloji monitorinq aparıb.
Məlumatda bildirilir ki, ekoloji monitorinq çərçivəsində su, çöküntü və bentos nümünələri götrülmüşdür.
Toplanan nümünələr öyrənilməsi üçün SOCAR-ın ekologiya idarəsinin kompleks tədqiqatlar idarəsinə göndərilib.
Qeyd edək ki, SOCAR artıq bir neçə ildir ki, mütəmadi olaraq özünün dəniz yataqlarında bu cür ekoloji monitorinqlər aparır. Bu monitorinqlərin keçirilməsinin bir neçə müsbət təsiri var.
Əvvəla, SOCAR-ın hasilatçı struktur və bölmələri ekoloji standartlardan öz işlərinə daha məsuliyyətlə yanaşırlar. İkincisi, sonradan monitorinqin nəticələri SOCAR-ın hesabatlarında dərc edilir. Bu hesabatlar isə dərc edilməzdən öncə beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılır. Bunun əhəmiyyəti ondadır ki, SOCAR-a qarşı sonradan istər mətbuatda, istərsə də digər bir formada əsassız bir iddia sürülərsə, onda şirkət monitorinqin nəticələri vasitəsilə təksizedilməz faktlarla bunlara cavab versin.