Qazaxıstan Respublikası Təbii İnhisarların tənzimlənməsi üzrə dövlət agentliyinin sədr müavini Asılbeka Duysubayev bildirib ki, may ayının 1-dən dizel yanacağının qiyməti bahalaşacaq.
“Yaxın gələcəkdə benzinin qiymətinin bahalaşması gözlənilmir, ancaq dizel yanacağının qiyməti bahalaşacaq. Agentlik bu gün dizel yanacağının qiymətinin formalaşacağı formulu təsdiq edib” – deyə Duysebayev bildirib.
O dizel yanacağının hansı həddə qədər bahalaşacağını deməkdə çətinlik çəksədə, qeyd edib ki, dizel yanacağı, qiyməti dövlət tərəfindən təmzimlənən məhsullar siyasında olacaq – deyə o vurğulayıb.