Qazaxıstanın sənaye və yeni texnologiyalar nazirinin müavini Nurlan Sauranbayev bildirib ki, yaxın beş il ərzində geoloji kəşfiyyat işlərinə dövlət büdcəsindən $660 milyon sərmayə yatrılacaq.
Nazir müavini bildirib ki,”proqramın həyata keçrilməsi 2020-ci ilə kimi yeni kəşflər etməyə imkan verəcək”.
Nurlan Sauranbayevin sözlərinə görə, geologiya və mineral ehtiyatlar sahəsində biznes mühitini yaxşılaşdırmaq üçün “Yeraltı sərvətlərdən istifadə” haqqında qanuna dəyişilkəri paketi hazırlanıb.