logo

Nazarbayev Çini yenidən neft layihələrinə dəvət etdi

nazarbaev

Çində rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki,”ölkəsində neft hasilatın 25% dən çoxunu Çin şirkətləri hasil edir”.

Onun sözlərinə görə, Çin şirkətlərinin Qazaxıstanın neft layihələrində iştirakı neft hasilatını artıra bilər.

“Biz artıq Çinə neft və qaz kəmərləri çəkmişik. 2013-cü ildə Çinə 13 milyon ton neft tədarük etmişik və bu həcmi 20 milyon tona çatdıra bilərik. Bundan başqa Qazaxıstan kömür ilə zəngindir və Çin şirkətləri ilə kömür sənayesində əməkdaşlıq barədə danışıqlar aparmışıq.

Qazaxıstanda uranın böyük yataqları var və biz bilirik ki, Çinin nüvə elektrik stansiyalrının tikintisi üçün planları var. Biz Çin şirkəti ilə Qazaxıstanda nüvə yanacağı istehsalı yaratmağı planlaşdırırıq” – deyə Nursultan Nazarbayev bildirib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart