“KazTransQaz” Karaqanda kömür hövzəsində kömür laylarından metan istehsalı mümkünlüyünü öyrənməyə başlayıb.
Şirkətdən bildiriblər ki, ”KTG və LeMar CA İnc şirkətləri arasında Karaqanda kömür hövzəsindən metanın kəşfiyyatı və hasilatı üçün birgə müəssisə yaradılması barədə əməkdaşılıq memorandumu imzalanıb”.
“Bu sənəd sahəsində ölkənin şimal rayonlarının qazlaşması prosesi başlayacaq” – deyə “KazTransQaz” şirkətinin direktoru Serik Sultanqali bildirib.
Şirkətdən həmçinin bildiriblər ki, ABŞ-ın bu sahədə qabaqçıl təcrübəsinin öyrənilməsi və tətbiqi üçün kömür laylarının işlənməsi üzrə ixtisaslaşmış Core Laboratories,avadanlıq və qazma texnologiyası üzrə Scientiffic Drilling,LeMar CA Inc mühəndis şirkətləri ilə danışıqlar aparılmış və birgə fəaliyyət barədə razılığa gəlinib.