Qazaxıstanın neft və qaz naziri Uzakbay Karabalin bildirib ki, Kaşağan yatağının işlənməsi üçün yeni operator yaradılacaq.
Onun sözlərinə görə, yeni operatorun yaradılmasında bütün podratçılar iştirak edəcək.
Yatağın işlənməsi üzrə yeni operatorun yaradılması prosesi sentyabra qədər başa çatmalıdır.
Yeni operatorun yaradılması onunla əlaqədardır ki, onun işi əvvəlkinə nisbətən daha effektiv olmalıdır. Karabalinin sözlərinə görə, artıq yeni operatorun direktoru təyin edilib.
Kaşağanda istehsal 2013-cü ilin senybrında başlamışdı, ancaq oktyabrda boruların birində qaz sızması aşkarlanandan sonra hasilat dayandırılmışdı.Yatağı istsimar edən NCOC konsorsiumu bildirib ki, 2014-cü ildə hasilatın bərpası gözlənilmir. Daha sonra isə açıqlama verildi ki, hasilat ən yaxşı halda 2015-ci ilin sonunda bərpa edilə bilər.
Konsorsiumun səhmdarları Eni, Royal Dutch Shell, Exxon Mobil, Total, “KazMunayQaz”, CNPC və Inpex şirkətləridir.