İranın milli neft paylama şirkətinin direktoru Mostafa Kaşkuli dəniz gəmilərinə yanacaq vurulmasının əhəmiyyətini qeyd edib və bildirib ki,bu il bu həcmin 4 milyon tona çatdırılması planlaşdırılır. Keçən il 1.5 milyard dollar qiymətində 2.8 milyon ton yanacağ gəmilərə vurulmuşdu. Kaşkuli həmçinin qeyd edib ki,keçən ilin bunkerə yığılmış mazutun həcmi 31%,dizel yanacağının isə 7% artıb.
Kaşkuli bildirib ki,cari ildə neft məhsullarının svop tədarükü iki dəfə artıb.Keçən il mazut və mayeləşmiş qazın svop tədarükü 210 min ton təşkil edib.
Kaşkuli neft məhsulları ilə svop tədarükünün əhəmiyyətinə diqqət çəkərək vurğulayıb ki,bu cür əməliyyatlar vasitəsilə İran regional bazarlarda öz iştirakını genişləndirir. Bundan əlavə belə tədarüklər gəlir gətirir,nəqliyyat xərclərini və yanacaq istehlakını azaldır və yollarda yol-nəqliyyat hadisələrinin azalmasına səbəb olur.