Yeni maliyyə ilində (2015-ci ilin martına qədər) İran Milli Neft Şirkəti öz layihələrinə 19 milyard sərmayə yatırmaq istəyir.
Sanksiyaların ləğvi halında isə İranda maye karbohidrogen hasilatı 2018-ci ildə gündə 5.7 milyon barelə çata bilər.
Neft sənayesi rəhbərləri bildiriblər ki,yaxın 5 il ərzində neft emalı sənayesinə 150 milyard ABŞ dolları sərmayə yatrılmalıdır və bu cür sərmayələrin cəlb edilməsinə yeni neft müqavilələridə kömək etməlidir.
Yeni neft müqavilələri əvvəlkilərə nisbətən daha cəlbedici olacaq və 2014-cü ilin noyabrında Londonda təqdimatı keçriləcək.
Yeni müqavilələr əməkdaşlığı 20-25 il müddətinə müəyən edir və hasil edilən neft üçün vəsaitlərin ödənilməsini yatrılmış sərmayələrin qaytarılması riskinə uyğun müəyyən edir.