Associated Press İran KİV-nə istinadən məlumat verir ki,İran müqavilə şərtlərini yerinə yetirmədiyinə görə,Çin dövlət neft şirkəti ilə 2.5 milyard dollarlıq müqaviləni ləğv edib.
Çin milli neft korporasiyası və Tehran Şimali Azadeqan yatağının işlənməsi müqaviləsini hələ 2009-cu ildə imzalamışdılar.
İran mətbuatının məlumatına əsasən,rəsmi Tehran Çin şirkətinə öz öhdəliklərini yerinə yetirmək üçün 90 gün vaxt vermişdi. Tələblərə əməl olunmadıqda,İran hakimiyyəti işi dayandırmaq qərarına gəldi.